Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-25 09:47:00
Ötən il qəbul imtahanlarında ən yüksək nəticə göstərən iki rayon – Gözlənilməz  

2018-ci ildə keçirilən tələbə qəbulu müsabiqəsində  imtahan fənləri üzrə bütövlükdə müqayisə apardıqda ən yüksək nəticə göstərən rayonların adları məlum olub.

 Bu barədə “Abituriyent”jurnalının 12-ci sayında bildirilib.

Təhsil Nazirliyi tabeli liseylər və özəl liseylər istisna olmaqla, Azərbaycan bölməsində Ordubad rayonu, rus bölməsində isə Göyçay rayonu ən yüksək nəticə göstərib.

Jurnalda qeyd olunur ki, yüksək nəticədə həmin şəhər və rayonlarda dərs deyən müəllimlərin, şəhər və rayon rəhbərliyinin və təhsil şöbəsi işçilərinin mühüm rolu var.

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları