Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-24 12:35:00
1021 nəfər məmur olmaq üçün ərizə verib

Ümumilikdə 19 dövlət orqanında 495 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 17-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu davam edir.

AzEdu.az  DİM-in saytına istinadla xəbər verir ki, sentyabrın 24-ü saat 12:30-a olan göstəricilərə görə, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1021 nəfər ərizə verib.

Sentyabrın 17-də başlanan sənəd qəbulu oktyabrın 17-də yekunlaşacaq.

Qeyd edək ki, müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Qida Təhlükəsizliyi Agentliyi (761 vəzifə) tərəfindən çıxarılıb.