Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-22 18:25:00
Sinir sistemini qoruyan vacib vitamin-ARAŞDIRMA

Xolin və ya B4 vitamini orqanizmin bir çox proseslərində iştirak edir. Lakin bu vitaminin əsas vəzifəsi sinir sistemini qorumaq, onun fəaliyyətini yaxşılaşdırmaqdır.

Xolin sinir hüceyrələrini dağılmaqdan qoruyur, sinir sistemində pozulmaların inkişafının qarşısını alır. İngiltərə alimləri eksperiment zamanı sübut ediblər ki, qidalanmada xolin maddəsinin artması yaddaşın xeyli yaxşılaşmasına kömək edir. Xolin Alsgeymer xəstəliyinin müalicəsində və bu xəstəliyin profilaktikasında faydalıdır. Həmçinin beyin damarlarının sağlamlığını qoruyur ki, bu da insultun profilaktikasında böyük rol oynayır. Mütəxəssislər stress, depressiya, nevroz zamanı qidalanmada xolinin miqdarını artırmağı tövsiyə edirlər.

Xolin vitamini aşağıdakı qidalarda mövcuddur:

- yumurta və xüsusilə yumurta sarısı xolinin əsas mənbəyidir. Yumurtanı ilıq şəkildə yemək daha faydalıdır ki, bu halda xolin saxlanılır;

- qaraciyər, ət;

- cücərdilmiş buğda;

- paxlalar (mərci, noxud, lobya);

- süd məhsulları;

- ispanaq;

- kələm;

- araxis.