Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 17:40:00
Türkiyədə oxumaq istəyənlər çoxdan gözlədiyi imtahan bu tarixdə keçiriləcək  

YDS  imtahanın  keçiriləcəyi tarix açıqlandı.

AzEdu.az xəbər verir ki, ÖSYM-in  məlumatına əsasən YDS imtahanı 19 oktyabrda keçiriləcək.

YDS Türkiyə Cümhuriyyətinin keçirdiyi Xarici Dil Səviyyə müəyyənetmə imtahanıdır.

Bu, sertifikat kimi təhsilin bütün mərhələlərində tələb olunan sənəddir.

Qeyd edək ki, YDS Türkiyənin Ali Təhsil Qurumunun təlimatı ilə “Öğrenci Seçme ve Yerleştirme Merkezi” (ÖSYM) tərəfindən keçirilən mərkəzi imtahandır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları