Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 15:20:51
Bütün qruplar üzrə ən çox seçilən ixtisaslar - RƏSMİ

2018-ci ildə abituriyentlər Azərbaycan bölməsində I qrup üzrə ən çox Bakı Dövlət Universitetinin “Riyaziyyat müəllimliyi” ixtisasına üstünlük veriblər.

AzEdu.az xəbər verir ki, bu barədə  “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə (tədris ingilis dilində)”, III qrupda Azərbaycan Dillər Universitetinin “Xarici dil müəllimliyi (ingilis dili üzrə)”, IV qrupda Azərbaycan Tibb Universitetinin “Müalicə işi”, V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)” ixtisaslarına üstünlük veriblər.

I, II və V ixtisas qruplarından başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub.

I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “İnformasiya texnologiyaları”, II ixtisas qrupunda Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm və otelçilik”, V ixtisas qrupunda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Dizayn” ixtisasına üstünlük veriblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları