Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-19 11:25:33
FLEX imtahanlarının ayrı-ayrı şəhər və rayonlarda keçirilmə tarixləri-ABŞ-da oxu  

FLEX   yuxarı sinif şagirdləri üçün nəzərdə tutulan  ilk uzunmüddətli ABŞ-da təhsil proqramıdır.

Bu proqram keçmiş SSRİ ölkələrində yaşayanlara  Amerika xalqının  dostluq əlini uzatmaq məqsədi ilə Konqres tərəfindən təsdiq edilib.

FLEX yuxarı sinif şagirdləri üçün ABŞ-da bir il yaşamaqla, ilk genişmiqyaslı mübadilə proqramı kimi yaradılıb.

FLEX proqramı şagirdlərə ABŞ xalqı və mədəniyyəti ilə tanış olmaq və həmçinin, başqalarını öz ölkələri və mədəniyyətləri ilə tanış etmək imkanı yaradır. Şagirdlər digər mədəniyyəti qiymətləndirməyi və anlamağı öyrənib, 2 ölkə arasında əlaqələri inkişaf etdirməyə çalışırlar.  Onların bu fəaliyyəti ABŞ-la hər hansı ölkənin  bir- birini daha yaxşı tanımasına, ölkələrin mədəniyyətini, adət-ənənələrini, həyata baxışını öyrənməyə kömək edir.

AzEdu.az XI sinif şagirdləri üçün respublikanın şəhər və rayonlarında keçirilən tarixləri öncədən bəlli olan FLEX imtahanların təqvimini təqdim edir:

Biləsuvar – Gənclər Evi Sosial Xidmət Mərkəzi- 4 oktyabr, saat14:00;

Lənkəran – Luks Lənkəran Oteli-5 oktyabr, saat 09:00;

Şirvan – QHT-lərin Təlim və Resurs Mərkəzi-7 oktyabr, saat 14:00

Xaçmaz – Xaçmaz rayon Mərkəzi Kitabxanası-8 oktyabr, saat 14:00;

Mingəçevir – Gənclər Evi Sosial Xidmət Mərkəzi-11 oktyabr, saat 14:00;

Şəki – Şəki Palace Otel-12 oktyabr, saat 09:00;

Zaqatala – Kainat Hazırlıq Kursları-14 oktyabr, saat14:00;

Gəncə – Ramada Plaza-9 oktyabr, saat 09:00;

Şəmkir – QHT-lərin Təlim və Resurs Mərkəzi-21 oktyabr, saat 14:00;

Sumqayıt – Gənclər Evi Sosial Xidmət Mərkəzi-31 oktyabr, saat 14:00;

Bakı – Azərbaycan Dillər Universiteti-2 noyabr, saat 09:00.

İmtahanda iştirak etmək istəyən XI sinif şagirdləri doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi, 1 ədəd 3x4 şəkil və qələm gətirməlidirlər.

Qeyd edək ki, Azərbaycanda 25 ildən artıq fəaliyyət göstərən FLEX Proqramın 1000-ə yaxın azərbaycanlı məzunu var.

Günel Yaşarqızı
Müəllifin digər yazıları