Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-17 10:10:00
Özəl universitetlərə cüzi maraq – “Özəl yazanlar” niyə artmır?  

2018-ci ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında özəl ali məktəblərin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 9.65% olub.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

2000-ci illərin birinci yarısında bu göstərici 0.67% olub.

Məlumatda qeyd olunur ki, on beş ildən artıq vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox cüzidir. Bu baxımdan, hazırda da özəl ali təhsil müəssisələrinə qəbul olanlar, əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir.

Onların da böyük əksəriyyətinin biliyi kafidən yuxarı deyildir.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları