Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 16:20:00
Ən aşağı nəticələr bu fənlərdən toplanıb - İxtisas qrupları üzrə  

2018-ci ildə keçirilən qəbul  imtahanlarında Azərbaycan bölməsi abituriyentlərinin ən aşağı nəticələri I qrupda riyaziyyat və kimya, II və III qruplarda riyaziyyat, IV qrupda fizika fənnindən qeydə alınıb.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında bildirilib.

Məlumatda qeyd olunur ki, rus bölməsində ən aşağı nəticə I qrupda riyaziyyat və kimya fənləri üzrədir.

Abituriyentlər II qrupda riyaziyyat və Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda fizika fənlərindən aşağı nəticə göstəriblər.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları