Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-16 15:09:52
Məktəbəhazırlıq qruplarına qeydiyyat zamanı ən çox yaşanan problem – Çıxış yolu  

2019-2020-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 26-dan başlanmış elektron qeydiyyat prosesi sentyabrın 25-dək davam edəcək. Elektron ərizəsi qeydiyyata alınanların məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 2-dən 27-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) aparılacaq.

Son zamanlar övladını məktəbəhazırlıq qruplarına yazdırmaq istəyən valideynləri maraqlandıran məqamlardan biri də sistemdə qeydiyyat zamanı azyaşlı barədə məlumatların tapılmaması ilə bağlıdır.

AzEdu.az xəbər verir ki, qeydiyyat zamanı sistemdə uşaq haqqında məlumat tapılmazsa, valideyn vətəndaşın şəxsiyyət vəsiqəsini, ölkədə müvəqqəti və ya daimi yaşamaq haqqında icazə sənədini aldığı orqana müraciət etməlidir.

Azyaşlının doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçsə də, sistemdə övladının  məlumatları tapılmadıqda isə valideyn Alternativ Qeydiyyat Mərkəzlərinə müraciət etməlidir.

Qeyd edək ki, qaydalara uyğun olaraq, məktəbəhazırlıq qruplarında məşğələlərin hər il oktyabrın 1-də başlaması nəzərdə tutulur. Valideynlər oktyabrın 1-dən övladını məktəbə gətirməlidirlər.

Məktəbəhazırlıq qruplarında təhsil alan azyaşlılar üçün noyabrın 16-dan 20-dək payız, yanvarın 27-dən 31-dək qış və mayın 1-dən 5-dək əlavə tətil nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları