Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 10:51:00
Magistratura imtahanlarında ən az bu suallara doğru cavablar verilib - STATİSTİKA  

2018-ci ildə magistraturaya qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının çətinlik dərəcələri üzrə təhlili göstərir ki, bakalavrların əksəriyyəti asan və orta çətinlikli test tapşırıqlarının cavablandırılmasında yaxşı nəticə göstərilib.

Bakalavrlar tətbiqyönümlü, məntiqi düşüncə, ümumiləşdirmə bacarığı tələb edən orta çətinlikli və çətin test tapşırıqlarının cavablandırılmasında isə nisbətən zəif nəticə göstəriblər.

AzEdu.az xəbər verir ki, bu barədə “Abituriyent” jurnalının 12-ci sayında qeyd olunub.

2017-ci ildə keçirilən qəbul imtahanındakı nəticələrlə müqayisədə qapalı sualların düzgün cavablandırılma göstəricisinin ingilis və alman dilləri üzrə bir qədər aşağı düşdüyü, fransız və rus dilləri üzrə cüzi olaraq yüksəldiyi aşkara çıxır.

Xarici dil üzrə test blokuna daxil edilən açıq formalı test tapşırıqlarına bakalavrların cavabları o qədər də qənaətbəxş olmayıb. Açıq formalı test tapşırıqlarının düzgün cavablandırılma göstəricisi ingilis dili üzrə 31.13%,  alman dili üzrə 26.64%,  fransız dili üzrə 24.18% , rus dili üzrə isə Azərbaycan bölməsində 32.60% olub.

Bakalavrların xarici dillər üzrə açıq formalı test tapşırıqlarını düzgün cavablandırma faizləri 2017-ci ildəkinə nisbətən ingilis və alman dilləri üzrə bir qədər yüksəlib, fransız və rus dilləri üzrə bir qədər aşağı düşüb.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları