Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-03 18:00:00
Hokinqin ölümündən əvvəl yazdığı teoriya

İngilis fizik Stiven Hokinqin ölümündən əvvəl üzərində çalışdığı son araşdırma yayımlanıb.

AzEDU.az Ölkə.Az-a istinadən xəbər verir ki, araşdırma yaşadığımız kainata bənzər başqa kainatların da ola biləcəyinə aiddir.

Alimin işi paralel kainatların olduğuna dair faktlar axtaran astronomların yoluna işıq tutur. Kosmik inflyasiya və kosmik çoxsaylı kainat teoriyalarına yeni bir nəfəs gətirən məqalə kainatın necə yarandığına dair teoriyadan bəhs edir.

Eynşteyn kainatın 14 milyard il əvvəl yarandığını deyir. Amma necə yarandığına aid məlumatlar tam deyil. Hokinqin son məqaləsi isə buna aiddir.

Hokinqlə yeni teoriya üzərində çalışmaq üçün Kembricə gedən Hertoq deyib:

“Aramızda əsla bunun onun son məqaləsi olacağını danışmamışdıq. Amma bunun səfərimizin sonu ola biləcəyini hiss edirdim. Bununla belə, Stivenə bu barədə heç nə demədim”.

Müasir fizika kainatın necə yarandığına dair bir neçə teoriya önə sürür. Bunlar arasında “Böyük Partlayış” teoriyası əsasdır və partlayışdan sonra sürətlə genişləmədən bəhs edir. Kosmik inflyasiya ilə yeni kainatlar yaranıb və bu da kainatların kosmosda dağıldığına işarə edir.

Hokinq və Hertoqun məqaləsi isə bu teoriyanı bir addım da irəliyə aparır. Kosmosda fərqli fizika qanunlarının işlədiyi kainatlar əvəzinə bu alternativ kainatların bir-birindən çox da fərqli olmadığı bildirilir.

Eyni zamanda məqalədə qeyd edilir ki, kainat sonsuz deyil. Daim genişləmir və daha əvvəl düşünüləndən daha bəsit bir struktura malikdir.

Hertoq məsələ ilə bağlı deyib:

“Köhnə teoriyaya əsasən, bir çox kainat var. Bəziləri boş, bəziləri cisimlərlə dolu, bəziləri çox sürətlə genişlənən, bəziləri də qısa ömürlüdür. Əslində çox böyük fərqləri yoxdur. Bir çox kainat bir-birinə bənzəyən və idarəsi asan olan kainatlar qrupudur.

Qeyd edək ki, Hokinq 14 mart tarixində dünyasını dəyişib.