Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-02 15:32:00
Dövlət qulluğu vəzifələri üzrə müsahibədə iştirak üçün 32 nəfər müraciət edib

Ümumilikdə 6 dövlət orqanında 51 vakant vəzifənin (A növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu bu gün başa çatır.

AzEdu.az xəbər verir ki, sentyabrın 2-si saat 15:40-a olan göstəricilərə əsasən, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 32 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (19 vəzifə) tərəfindən çıxarılıb.