Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 11:51:00
Təhsil haqları azaldılacaq - Fransız məktəblərində

Fransa hökuməti fransız dilinin xaricdə tədrisinə 25 milyon avro ayıracaq.

AzEdu.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər naziri Jan-İv Le Drian jurnalistlərə bildirib. 

Nazirin sözlərinə görə, fransız dilinin xaricdə tədrisi üçün 2020-ci ildə dövlət büdcəsindən əlavə 25 milyon vəsait ayrılacaq.

Bundan əlavə daha 1000 nəfər fransız dili müəllimi xarici ölkələrə fransız dilini tədris etməyə göndəriləcək.

Jan-İv Le Drian, həmçinin, xarici ölkələrdəki fransız məktəblərində illik təhsil haqlarının da azaldılacağını bildirib.