Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-30 09:44:00
Vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi - RƏSMİ

Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb. 

AzEdu.az xəbər verir ki, 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları