Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-29 11:31:00
Kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır.

AzEdu.az xəbər verir ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olan abituriyentlərin qeydiyyatı bu gün saat 17:00-da başa çatır.

Abituriyentlər 29 avqust saat 17:00-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər. Göstərilən müddətə qədər qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilmir.