
2018-05-02 17:24:32
Yoldan 5 min manat tapan məktəblinin “Təşəkkürnamə”si ona təqdim olundu - FOTOLAR
Mayın 2-də Tovuz rayonu Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin 8-ci sinif şagirdi İdris Abbasova Təhsil Nazirliyinin hədiyyələri və “Təşəkkürnamə”si təqdim edilib.
Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Tovuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəbin müəllim və şagirdləri iştirak edib.
Çıxış edənlər İdris Abbasovu örnək davranış nümayiş etdirdiyinə görə təbrik edib, ona dərslərində uğurlar arzulayıblar.
İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev sahibini taparaq pulu ona qaytarıb. Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif edilən mükafatdan imtina etməsi olub.




Bu bölməyə aid digər xəbərlər
Zəlzələ bölgəsində sabahdan tədris qismən bərpa olunur
2023-03-26 12:32:00
124 saylı məktəbdə Novruz şənliyi - Direktorun uğursuz aktyorluğu - VİDEO
2023-03-24 22:00:00
Bakı məktəbliləri Özbəkistanda olub
2023-03-24 16:22:00
Özbəkistan Prezidenti Füzulidə tikilən məktəbin açılışına gələcək
2023-03-24 10:19:17
Vətən müharibəsi iştirakçıları məktəblərdə rəhbər vəzifəyə TƏYİN OLUNDU
2023-03-23 14:04:22
İtkin düşən 4 yeniyetmə tapıldı - YENİLƏNİB
2023-03-20 22:15:00
Vətən müharibəsi qazisi direktor təyin olunub
2023-03-20 10:19:06
Məktəbdə insident - Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur - PROBLEM
2023-03-14 12:40:00
kitabı
ÇOX OXUNANLAR
22 Mart 2023, 11:05
Sertifikasiyanın nəticələri ilə razılaşmayan müəllim nə etməlidir? - Rəsmi CAVAB

27 Mart 2023, 10:37
Sertifikasiyanın müsahibə mərhələsindəki əsas meyarlar - SİYAHI

21 Mart 2023, 13:01
“Müəllimlər şagirdə sadəcə test əzbərləməyi öyrədir” - Deputatdan ETİRAZ

18 Mart 2023, 17:31
Doktoranturalar yaradılan təşkilatların siyahısı dəyişib

20 Mart 2023, 16:26
ADU və ADNSU-dan tələbələrin qalmaqallı rəqsinə dair AÇIQLAMA - VİDEO

20 Mart 2023, 12:13
Daha bir azərbaycanlı qız dünyanın nüfuzlu universitetində oxuyacaq

27 Mart 2023, 08:50
“Savadlı kadr öz ölkəsinə xidmət etməlidir” - Dekan müavini seçilən TƏLƏBƏ

27 Mart 2023, 14:15
“İlin Gənc Müəllimi-2022” müsabiqəsinin qalibləri - SİYAHI

FACEBOOK