Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-27 13:27:00
MİQ-in müsahibə mərhələsindən uğurla keçə bilməyənlər əlavə yerləşdirmədə iştirak edə bilərlər?-Rəsmi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsinə start verilir.

Əlavə yerləşdirmədə iştirak etmək istəyən namizədlər avqustun 28-29-da vakansiya seçiminə qatıla bilərlər.

Xatırladaq ki, bu mərhələdə müvafiq keçid balı toplayaraq işə qəbul ola bilməyən – vakansiya seçimi etməyən, vakansiya seçimi edib elektron ərizəsini təsdiq etməyən, elektron yerləşdirmə zamanı vakant yer tutmayan namizədlər elektron ərizələrində səkkiz vakant yer seçərək iştirak edə biləcəklər.

Bəs MİQ müsabiqəsinin müsahibə mərhələsindən uğurla keçə bilməyənlər əlavə yerləşdirmədə iştirak edə bilərlər?

İnsan Resursları Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, MİQ müsabiqəsinin müsahibə mərhələsindən uğurla keçə bilməyənlər əlavə yerləşdirmədə iştirak edə bilməzlər.

 Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.

Müsabiqəyə respublika üzrə ümumilikdə 7 mindən artıq vakant yer çıxarılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları