Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-25 11:20:00
II turda hansı abituriyentlər iştirak edə bilməz? -RƏSMİ

9 illik bazada kolleclərin boş qalan yerlərinə ixtisas seçimi 27 avqust – 2 sentyabr tarixlərində aparılacaq.

11 illik bazada boş qalan yerlərə ixtisas seçimi isə 30 avqust - 4 sentyabr tarixlərində həyata keçiriləcək.

Abituriyentlərin son günlərdə ən çox maraqlandıran məsələlərdən biri də boş qalan plan yerləriylə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, I turda iştirak edib ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olunan şəxslər II turda boş qalan yerlərin müsabiqəsində iştirak edə bilməzlər.

Qeyd edək ki, kolleclərə 11 illik təhsil bazasında abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı 23-29 avqust tarixlərində həyata keçiriləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları