Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-25 09:00:00
Universitetlərə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir

Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanların qeydiyyatı isə bu gün başlayıb və sentyabrın 2-də bitəcək.

Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.