Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-22 10:55:00
Məleykə Abbaszadə Qusarda vətəndaşları qəbul edəcək

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Qusarda vətəndaşları qəbul edəcək.

Qəbul avqust ayının 30-da saat 10.00-da Qusar rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri və ya DİM-in Xaçmaz Regional Bölməsinə (əlaqə tel.: 023 32 5 01 21) müraciət etmələri xahiş olunur.

Qeydiyyata yazılmaq istəyən vətəndaşlar Qusar Rayon Təhsil Şöbəsinə də müraciət edə bilərlər.

Qeyd edək ki, qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.