Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-21 16:34:00
"Xaricdə təhsil məsələsinə həmişə diqqət yetirilib"  - Firudin Qurbanov
"Xaricdə təhsil məsələsinə həmişə diqqət yetirilib".
 
AzEdu.az xəbər verir ki, bu sözləri Hökumətlərarası Təqaüd Proqramları ( HTP) çərçivəsində 2019-2020-ci tədris ilində Macarıstan, Çin və Latviyada təhsil almaq hüququ qazanmış bir qrup tələbə ilə keçirilən görüş zamanı Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

"Hər 3 ölkə dünyada tanınmış ölkədir. Yüksək texnologiyalar, kənd təsərrüfatı, idman və s. sahələrdə bu ölkələrin nailiyyətlərini görmək mümkündür. Çində təhsil alacaq 30 nəfər Çin Xalq Respublikasının 20 ali təhsil müəssisəsində təhsil alacaqlar. Onlardan əksəriyyəti iqtisadiyyat, biznesin idarə edilməsi, informasiya texnologiyaları sahələrində təhsil alacaqlar. Bu gün dünyada ən çox mütəxissəsə ehtiyac olunan sahələr də məhz bunlardır. Eləcə də ölkəmizdə də bu sahələrə böyük diqqət yetirilir.
 
Ən çox tələbəmiz Macarıstana gedəcək. Hər il Macarıstan ölkəmizə 200 nəfərlik kvota verir. Yeni tədris ilindən etibarən 177 nəfər Macarıstanda təhsil alacaq ki, onlardan 80 faizi magistr, 10 faizi bakalavr, 10 faizi isə doktorantura üzrə oxuyacaqlar.
 
Üçüncü ölkə isə Latviyadırki, burada da 13 nəfər tələbə təhsil alacaq. Azərbaycanda SSRİ dövründə belə yalnız sovet tərkibindəki aparıcı ali məktəblərdə təhsil alırdılar. Onlar bu gün ölkənin bir çox dövlət strukturlarında rəhbər vəzifələrində çalışırlar. Maliyyə, Mədəniyyət, Xarici İşlər nazirləri  və bir çox nazir müavinləri xaricdə təhsil alıblar. Bu gün də siz getdiyiniz ölkələrdə əminəm ki, belə yüksək nəticə əldə edəcəksiniz".