Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-19 14:32:11
Subbakalvrlar bu ixtisasları seçə bilməz - Xəbərdarlıq

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi gün başa çatacaq.

Bəzi subbakalavrda ixtisas seçimi zamanı müəyyən çaşqınlıq yaranıb.

Kollec məzunları sosial şəbəkələrdə bəzi ixtisas kodlarını ərizələrinə daxil edə bilmədiklərini qeyd edirlər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, subbakalavrlar yalnız orta ixtisas təhsili səviyyəsində təhsil aldıqları tədris dilinə və bitirdikləri ixtisasa uyğun olan ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçmək hüququna malik deyil.

Bu o deməkdir ki, namizədlər tədris ingilis dilində aparılan ixtisasları seçə bilməzlər.

Əgər subbakalavrın hər hansı ixtisası seçmək hüququ yoxdursa, bu zaman sistem həmin ixtisasın kodunu ərizəyə daxil etməyə icazə vermir.

Xatırladaq ki, boş qalan yerlərə ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları