Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-02 01:23:02
Ölümü sirr olan, böyük güclərin qorxduğu bədbəxt dahi - PORTRET

Nikola Tesladan danışacağıq... Dünyanın ən bədbəxt və ən xoşbıxt alimindən.... Ən şanslı və ən uğursuz dahisindən... Bir sözlə, dəyişən cərəyan, yüksək tezlik, yüksək gərginlik, maqnit induksiyası kimi, simsiz elektrik ötürücüsü kimi fiziki məfhumların banisi olan və qeyri-adi ömür yaşamış serb əsilli ABŞ alimi Nikola Tesladan.....

 Bəs niyə bədbəxt?

 Hörmətli oxucu, Tesla haqqında hələ cəmi bir-iki bilgini oxuduqdan sonra, ilk olaraq bu sualı düşünəcək: Bəs niyə bədbəxt? Elmə bu qədər fayda verən bir dahi bədbəxt ola bilərmi? Olar, əziz oxucu!

Dünyanın bəlkə də ən bədbəxt alimi elə Tesla olub. Uşaqlıq çağında bütün uğursuzluqlar hər zaman onu izləyib. 9 ay vəba  üzündən səbəbindən yataq xəstəsi olub. Sağalandan sonra atası oxumağı üçün başqa yerə getməsinə icazə verir. Gedir, çətinliklə oxuyur. Lakin bəzi səbəblərdən universiteti yarımçıq qoyur. Utandığından evdə kiməsə bu haqda demir və ailəsi ilə bütün əlaqələri kəsir. Kiçik Sloveniya şəhərində çertyojçu kimi çalışır. Orada da haqsızlıqla üzləşir. Atasının ölümünü eşitcək evlərinə qayıdır. Həyata yenidən başlamaq istəyir. Məşhur ixtiraçı fizik Tomas Edisonla birlikdə çalışmaq və elmin sirlərini öyrənmək üçün ABŞ-a gəlir. Edison kimi nəhəng alim də ondan istifadə edir. Çox güclü elektrik mühəndisi olduğunu görəndən sonra xüsusi qurğular üzərində işi ona tapşırır və işin sonunda 50 min dollar ödəyəcəyini söz verir. Cəmi bir ilə Tesla qurğuları ustalıqla hazır edir. Amma Edisona “mən o 50 mini zarafatyana dedim. Sən yəqin Amerika yumorunu bilmirsən”,- deyərək, arsız-arsız gülümsəyir. Əvəzində həftəlik maaşını on dollardan 18 dollara qaldırır. Amma Tesla həm Edisona, həm də onunla işbirliyinə nifrət edir və bir gün də orada qalmır. 

 Amma bir gün gələcək və…

Zaman keçəcək, cəmi on ildən sonra Tesla da ABŞ-ın məşhur alim-ixtiraçılarından biri olacaqdı. ABŞ ona vətəndaşlıq verəcək və həyat şəraitini yaxşılaşdıracaqdı. Hətta Tesla 1915-ci ildə-Nobel mükafatı alma ərəfəsində Edisonla üz-üzə gələcəkdi. Mükafat komitəsi onların hər ikisini əlverişli cərəyan dəyişimləri və elektrik keçiricilərin kəşfinə görə mükafatlandırmaq istəyəcəkdi. Amma Tesla ilə Edison bir-birilərinə düşmən olduqlarından bundan qəti şəkildə imtina edirlər. Nəticədə 1915-ci ilin fizika üzə Nobel mükafatı başqa alimlərə verilir. Tesla ömrünün sonuna qədər bu mükafata layiq görülmür. 

 Ölümü sirr, özü sirr

 Tesla ömrünün sonuna qədər 300-dən çox patentə sahiblənir. Bu patentlər bu gün də başda ABŞ və Serbiya olmaqla dünyanın bir çox ölkələrində saxlanılır. Lakin ömrünün axırında daha onun üçün heç nə maraqlı deyildi. Kimsə ilə danışmırdı. Baxmayaraq ki, rentgen cihazını kəşf edib ona öz adını verən alim Rentgen ona məktubunda kəşf etdiyi cihazı daha da mükəmməlləşdirdiyi üçün təşəkkürünü bildirirdi. Etiraf edirdi ki, cihazı o kəşf etsə də heç zaman onu bu cür mükəmməlləşdirə bilməzdi. Amma Tesla məktubu oxuyaraq bir kənara qoyar və cavablamazdı da.

 ABŞ və SSRİ onu ən çox simsiz ötürülən elektirikin kəşfinin davamı və inkişafı üçün narahat edirdi. Odur ki, otel otağında öləndə də ABŞ ilk olaraq rəqibi SSRİ-dən şübhələndi. Amma Teslanı kimin öldürdüyü bu gün də sirr olaraq qalır.

Hər gün tək-tənha 13 kilometr  piyada gəzərdi. Kimsə ilə danışmaz, ona müraciət edənlərə cavab belə verməzdi. Harasa tələsərdi. Adamlar çox yaxşı bilirdilər ki, Tesla sevimli göyərçinlərinin yanına tələsir. Gedir, onlarla xeyli söhbətləşir və duzsuz fıstıqla onları yemləyərdi. Bəzən ayağı zədələnən göyərçinlərdən birini otelə gətirib onu müalicə edərdi. Heç zaman evlənmədi. Ölənə qədər də qadınlardan qaçdı. Bəzən ədəbi yaradıcılığa da qurşanardı. Yazdığı xatirələrdəki bir qeydi isə hamının təəcccübünə səbəb oldu. O, yazırdı:” Mən uzun illər ərzində minlərlə göyərçini yedirdim. Ancaq qanadlarının üzərində açıq boz rəngli qısa xətli təmiz ağ, gözəl bir göyərçin var idi. Bu biri digərlərindən fərqlənirdi. O dişi göyərçin idi. Mənim yalnız ondan xoşum gəlirdi və onu çağırırdım, o da öz növbəsində uçaraq mənə tərəf gələrdi. Mən bir kişinin qadını sevdiyi kimi göyərçini sevirdim, o da məni sevirdi. Nə qədər ki, mən onu görürdüm, mənim yaşamağımın bir məqsədi var idi”.