Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 16:23:00
Respublika birincisi olan müəllimlər hansı məktəbləri seçdilər?- Gözlənilməz qərarlar

Gülnar  Hümbətova Müəllimlərin işə qəbulu üzrə  müsabiqənin test  imtahanı mərhələsində maksimum nəticə göstərsə də vakansiya mərhələsində iştirak etməyib:

“Bir neçə ildir ki, XXI əsr Beynəlxalq  Təhsil və İnnovasiya  Mərkəzindən işləyirəm. Vakansiya seçimi zamanı göstərilən məktəblər məni qane etmədiyi üçün vakansiya seçimində iştirak etmədim.

Məncə nəticələrin 2 il qüvvədə qalması ədalətli  qərardır. Ötən il yüksək nəticə göstərən müəllimlər yaşayış yerlərinə uyğun vakant yer çıxarılmadığı üçün bir çox müəllim ixtisas seçimində iştirak etməyib. Belə şəraitdə həmin namizədlərə II şansın verilməsi yaxşı haldır”.

Qeyd edək ki, Müsabiqənin yekun – müsahibə mərhələsinə avqustun 19-da start veriləcək.

Müsahibənin keçiriləcəyi yer və tarix barədə məlumat tezliklə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə mərhələsində namizədlərin peşəkarlıq kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaq.