Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-15 15:00:00
Bu qrup üzrə cəmi 4 yer boş qalıb – Sıfıra bərabər şans

 

 III ixtisas qrupunda Azərbaycan bölməsi üzrə cəmi 4 yer boş qalıb.

Boş qalan yerlər Naxçıvan Dövlət Universitetində Jurnalistika ixtisası üzrədir.

AzEdu.az xəbər verir ki, bu barədə “Abitutiyent  jurnalının 8-ci sayında məlumat verilib.

Jurnalistika ixtisasını isə yalnız qabiliyyət imtahanında iştirak edərək məqbul qiymət almış şəxslər seçə bilərlər.

Bu o deməkdir ki, Azərbaycan bölməsi üzrə III ixtisas qrupunun abituriyentlərinin böyük əksəriyyəti boş qalan yerlərin müsabiqəsində iştirak edə bilməyəcək.

Xatırladaq ki, ixtisas seçimi 19 avqusta qədər davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları