Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-14 12:27:00
MİQ-də vakansiya seçiminin nəticələri nə zaman açıqlanacaq?- Namizədlərin diqqətinə!

Avqustun 14-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatır. Seçimlər bu gün saat 13:00-da yekunlaşacaq.

 Xatırladaq ki, indiyədək 23 609 namizəd vakansiya seçimi mərhələsində iştirak edib, onlardan 12 013 namizəd elektron ərizəsində seçdiyi vakant yerləri təsdiqləyib.

Bəs vakansiya seçimi mərhələsinin cavabları nə zamanı açılanacaq?

AzEdu.az-ın İnsan Resursları Mərkəzindən əldə etdiyi məlumata görə, vakansiya seçimi başa çatdıqdan sonra iki gün ərzində nəticələr məlum olacaq və namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş, 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

Ümumilikdə Bakı şəhəri də daxil olmaqla, respublikada ümumi təhsil müəssisələri üzrə 7 mindən artıq vakant yer müsabiqəyə çıxarılıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları