Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-01 16:12:27
Türkiyəyə təhsil almağa gedən tələbələrimizin başına gələn problemlər

Türkiyəyə təhsil almaq üçün həmvətənlərimizin ən çox üz tutduğu ölkələr arasındadır.

AzEDU.az xəbər verir ki, istər qardaş ölkə olması, universitetlərin illik təhsil haqqların ucuz olması, oxuduğu müddətdə eyni zamanda geniş iş imkanları və dilimizin yaxınlığı məhz azərbaycanlı tələbələri cəlb edir. Tələbələr getdikləri zaman bəzən problemlərlə qarşılaşırlar bunlardan vacibi də getdikləri ölkədə yaşayış icazəsinin alınmasıdı. Bu icazə alınarkən tələbə adını qazanan həmvətənlərimizin hər hansı bir sənədində xırda da olsa,  yanlışlıq varsa, ləğv olunur və sənədlərin əsli yenidən tələb olunur. Uzun vaxt alan və biraz da qəliz olan bu prosesdən kəsilənləri "məsələni həll etmək" üçün işbazlar neçə illərdi aldadır. Bu prosesin yeni tədris müddəti və əvvəlində xüsusilə yay aylarında da təkrarlanacağını təəssüflər olsun ki, baş verəcək.

Bəs, bu problemi necə həll etmək olar?

Məsələ ilə bağlı İnternet media və xaricdə təhsil eksperti Mikayıl Mirzəzadə bildirir ki, Azərbaycandan Türkiyəyə hər il təxminən, 7500-  dən çox abituriyent və tələbə təhsil almaq üçün gedir: 

"Gedən həmvətənlərimizin ölkədə daimi qeydiyyata düşməsi həqiqətən ciddi problemlərdəndi. Getdiyi gündən 28 gün ərzində müraciət etmədiyi halda qeydiyyatda olmadığı zaman hər hansı bir Polis və Gömrük orqanları əməkdaşlarının yoxlanışı zamanı yanlış və əksik sənədlər olduğu zaman tələbə ölkədən  5 illik xaric olunur və cərimə olunur. Ən yaxşı halda, hər əlavə günə görə uyğun cərimə hesablanır və yenidən qeydiyyatdan keçmək üçün Köç idarəsinə yönləndirilirlər. Bəzilərinin orda qohumları və tanıdıqları olduğu üçün, onların təcrübəsi olduğu üçün onlar kömək edir, olmayanlar isə ya özləri diqqətlə öyrənərək və ya getmədən öncə peşəkar mütəxəsislərlə danışaraq proseduru öyrənir.

Ekspert deyir ki, İmtina cavabı alan bir çox tələbə  kömək üçün onlara müraciət edir:

"Təəssüf ki sonradan müraciət edənlər bəzi işbazların əlinə düşmüş və xeyli pul itirmiş olurlar. Azərbaycanın Türkiyənin İstanbul, İzmit, Adana, Ankara, Antalya,  Balıkesir,  Çanakkale, Kocaeli, Edirne, Eskişehir, Gebze, Amasya, İzmir, Kars, Kahramanmaraş və Yalova şəhərlərində diasporaları mövcuddur, lakin onlardan bir çoxu istər bu məsələlərə, istər tələbə və digər türkiyədə yaşayan həmvətənlərimizin problemlərinə etinasız yanaşırlar. Hətta çoxu diasporalarımızın harada yerləşdirdiyini və hansı fəaliyyətlə məşqul olduğunu bilmir. Bu məsələ sadə və əsassız deyil, çünki əgər tələbə ölkədən xaric olarsa, eyni zamanda təhsil fəaliyəti də artıq ləğv olunur. Diasporalarımızı öz ofislərindən kənara - həmvətənlərimizin problemlərinə yaxın olmağa səsləyirəm". (faktor.az)