Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-08 12:39:00
MİQ-in test mərhələsinin builki nəticələri niyə zəif oldu? – Ekspert müqayisəsi

 

 Builki MİQ müsabiqəsinin test mərhələsində aşağı bal toplayan müəllim namizədləri keçənilki göstərdikləri nəticələri ilə vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

 Xatırladaq ki, vakant yerləri  builki və ötənilki müəllimlərin işə qəbulu  müsabiqəsində müvafiq keçid balı toplamış, həmçinin, 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.

 “Ötənilki nəticələrdən istifadə hüququ verilərkən bu il ilk dəfə MİQ müsabiqəsində iştirak edən namizədləri də düşünərdilər”

 Bu sözləri AzEdu.az-a təlimçi-müəllim Mahir  Əhədov deyib. O, ötən il və builki MİQ müsabiqəsinin test mərhələsində salınan sualları da müqayisə də edib:

 “Keçən illə müqayisədə bu il keçirilən müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsində salınan suallar fərqli idi. Həmçinin, bu il yeni məntiqi təfəkkürə əsaslanan situasiya tipli suallara da rast gəlinirdi. Bu dəyişiklər nəticəsində bu il bir çox fənlərdə, xüsusilə imtahanların ilk həftəsində iştirak edən müəllim namizədlərin nəticələri keçən ilə nisbətən kifayət qədər aşağı oldu”.

Mahir Əhədov bildirib ki, müəllim namizədlər builki MİQ müsabiqəsinin test mərhələsində daha çətin suallarla qarşılaşıblar:

 “Keçənilki nəticələrdən istifadə hüququnun verilməsi daha çox fizika, tarix, ingilis dili, biologiya, coğrafiya və informatika fənlərindən ilk dəfə imtahan vermiş namizədlərin narazılığına səbəb oldu. Çünki həmin fənlər üzrə test mərhələsində iştirak edən namizədlər daha çətin suallarla qarşılaşıblar.  Onu da bildirim ki, hər kəs biliyinə uyğun nəticə əldə edib.  

 Əslində MİQ imtahanı balı 2 il müddətində qüvvədə olduğu üçün namizədlərin ötənilki topladıqları bal ilə vakansiya seçimi mərhələsində iştirak etmələri normaldır.

 Fikrimcə, yaxşı olardı ki, ötənilki nəticələrdən istifadə hüququ verilərkən bu il ilk dəfə MİQ müsabiqəsində iştirak edən namizədləri də düşünərdilər”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları