Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-06 16:16:00
Olimpiada təmsilçilərimizin medal gözləntiləri, zəkalararası toqquşmalar-“BİO-2019”-VİDEO

Dünən Bakı Konqres Mərkəzində 31-ci Beynəlxalq İnformatika  Olimpiadasının (IOI) açılış mərasimi baş tutub.

Olimpiada  avqustun 11-nə kimi davam edəcək. Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika  Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan komandası da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət rəsmi nümayəndə heyətləri iştirak edirlər.

Ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən Beynəlxalq İnformatika Olimpiadası Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü,  ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və digər dövlət qurumlarının dəstəyi ilə keçirilir.

Olimpiadanın rəsmi qlobal sponsoru qismində “Acer” şirkəti çıxış edir. Bundan başqa, yerli şirkətlər – ölkənin lider mobil operatoru “Azercell Telekom” tədbirin “İstedadların rəqəmsal sponsoru”, “PAŞA Bank” isə "İstedad sponsoru" kimi dəstək verir. İctimai Televiziya (İTV) Olimpiadanın baş media tərəfdaşıdır.

AzEdu.az Beynəlxalaq İnformatika Olimpiadasının açılış mərasimindən videonu təqdim edir:

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları