Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-05 15:58:00
Mil düzündə səhralaşma prosesinin getdiyi sübut olundu 

Elmi tədqiqat nəticəsində Mil düzündə səhralaşma prosesinin getdiyi sübut olundu

 Bununla bağlı coğrafiyaşünas, tədqiqatçı  Orxan Cabbarov məlumat verib.

O, AzEdu.az-a açıqlamasında bildirib ki, "Qarabağ-Mil düzlərinin ekolandşaft potensialının qiymətləndirilməsi və idarə olunması problemi" mövzusunda yazdığı disertasiya işinin çöl tədqiqatı zamanı ərazidə geniş yayılmış yarımsəhra landşaftların  ekoloji şəraitinin dəyişməsi müşahidə edilir:

“AMEA-nın Coğrafiya institutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktoru Elxan Məmmədbəyov və həmin institutun şöbə müdiri Mirnuh İsmayılovla Mil düzünündə "Şirin Qum" təpələrində olduğumuz zaman burada yarımsəhra fonunda  tipik səhra landşaftının xüsusiyyətlərini özündə əks  etdirən qum təpələrində tədqiqat apardıq. Elmi ədəbiyyatlarda ölkəmizin ərazisində  səhra landşaftının olmadığı və səhralaşma prosesinin axırıncı mərhələsinin müşahidə  edilmədiyi bildirilsə də ərazinin mərkəzində dayandıqda insan özünü sanki səhrada təsəvvür edir. Apardığımız ölçmə işləri və aerokosmik şəkillərin müqayisəli təhlili deməyə əsas verir ki, bu qum təpələri öz arealını genişləndirir. Bu isə bütün dünyanı narahat edən qlobal problemlərdən biri olan səhralaşmanın Mil düzündə  geniş əraziləri əhatə etməsi təhlükəsini yaradır.

Ərazinin fotosunu və videoçəkilişini paylaşan coğrafiyaşünas bu landşaft örtüyünün əhatə etdiyi ərazidə  tədqiqat işlərinin davam etdiriləcəyini vurğulayıb.