Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-04 15:40:00
Dünyanın ilk saytının maraqlı yaranma tarixçəsi - Qadağadan doğan uğur

İlk saytın yaradıcısı Tim Berners – Lidir. Sayt World Wide Web-in (WWW)  yeni texnologiyalarından istifadə, tanışlıq və.s xarakterinə malikdir  Berners – Li ilk saytın açılmasına çoxdan hazır idi və nəhayət 1991-cı il 6 avqustda o tarixə düşərək ilk Web sayt yaradıcısı oldu.

 Berners – Li qeyri-adi istedada malik idi o, sanki dünyaya yeni nəfəs gətirdi. 1980-cı ildə Berners məlumatların saxlanılması üçün Enquire qipertekst proqram təminatını yaradır. Daha sonra o Cenevədə Avropa Mərkəzi Nüvə Araşdırmasında (CERN) işləyirkən öz kolleqalarına qipertekst sənədlərindən istifadəni və İnternetdə nümayişi təklif edir. Və 1991-ci ildə CERN  WWW. standartını təsdiq edir.

  Tim Berners – Li Müasir Web texnologiyasının — HTTP, URI/URL və HTML texnologiyalarının “Ata”sıdır. Amma halbuki onun nəzəri bünövrəsi  çoxdan qoyulmuşdur. Hələ 1940-cı ildə Vannevar Buş insan şüurunun texnologiya vasitəsi ilə genişlənməsi mövzusuna toxunur və dünyaya yeni söz olan  “qipertekst”  terminini gətirir. Bu düşüncəni isə Berners Vannevar Buşun düşüncəsi ilə reallaşdırır, onun nəzəriyyəsini yeni texnologiya ilə birləşdirir. Timin bu cür beyinə sahib olmasını onun riyaziyyatçı ailəsində böyüməsi ilə əlaqələndirirlər.

  1976-cı ildə o, Oxford Universitetinin Fizika sahəsini Fərqlənmə ilə bitirir. Universitetdə dərs vaxtı kompüter otağına daxil olaraq kompüter oyunu oynayardı. Və ya dərs vaxtı dostları ilə xakerlik edərdi. Elə bu səbəbdən Universitetdə ona kompüter otağına daxil olmağı qadağa qoyurlar. Bu qadağa onu öz şəxsi kompüterini yaratmağa sövq edir.

 İnfo.cern.ch  saytı hazırda da fəaliyyət göstərir. Saytda quraşdırmanın əsasları, serverin və brauzerin işləməsi haqda tanışlıqlar verilib. Hazırda  Tim Berners – Li  World Wide Web Konsorsiumunun rəhbəridir. Bütün saytların əvvəlində olan WWW hərfləri World Wide Web, yəni Dünya Geniş Hörümçək Toru mənasını bildirir. Tim Berners – Lİ  2004-cü ildə “İlin Adamı” adına layiq görülmüşdür.