Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-31 09:05:00
Rektordan abituriyentlərə müraciət: “Bizi seçin, yüksək təqaüd alın”

Hazırda qəbul imtahanlarında minimal keçid balını toplayaraq, ixtisas seçimi mərhələsinə adlayan abituriyentlər təhsil həyatlarında çox vacib etapı adlamaqdadırlar.  Qəbul imtahanı qədər də çətin və məsuliyyətli mərhələ sayılan ixtisas seçimi avqustun 6-a qədər davam edəcək.

Artıq ixtisas seçimində iştirak edərək, ərizələrini təsdiqləyənlər də az deyil. Bəziləri isə hələ də tərəddüd içindədirlər.

AzEdu.az xəbər verir ki, Azərbaycan Dövlət Aqrar  Universitetinin rektoru, professor İbrahim Cəfərov tələbə və təhsil bilicilərini, təcrübəli şəxsləri abituriyentlərə bu istiqamətdə kömək etməyə səsləyib:

“Dəyərli tələbələrim, dərin hörmət bəslədiyim valideynlər və sadəcə Aqrar Universitetin dostları, dəyərli aqrar könüllülərimiz, bilirəm ki, yay qayğıları ilə yaşayırsınız. Lakin yaddan çıxarmayın ki, hazırda abituriyentlər ixtisas seçimi edirlər, xahiş edirəm, seçimdə onlara kömək edin.

Bizi seçin,  XXI əsrin universiteti olan, ölkənin və əhalimizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə verən aqrar sahə ixtisaslarını seçin, yüksək təqaüdlər alın, məzun olarkən yüksək məvacibli işlərə sahib olun, xaricdə təhsil imkanlarını qazanın. Hər birinizi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tabe olan, müasir innovasiyalı təhsil verən, Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olmağa, bizə dəstək verməyə səsləyirəm. Yolunuzu gözləyirik....”