Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-30 10:17:00
MİQ müsabiqəsinin növbəti mərhələsi üçün keçid balları aşağı salına bilər?-Cavab

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18.881 nəfər minimum keçid balını toplayıb.

İmtahanda iştirak edərək minimum keçid balını toplayan namizədlər müsabiqənin üçüncü mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, digər ixtisas fənləri üzrə müqayisədə test imtahanı mərhələsində 4471 nəfər olmaqla ən çox ibtidai sinif müəllimi olmaq istəyən namizədlər vakansiya seçimi mərhələsi üçün keçid balını toplaya biliblər. Bu sıralamada say çoxluğuna görə müvafiq olaraq ikinci və üçüncü yeri Azərbaycan dili və ədəbiyyatı (3997 nəfər) və Riyaziyyat (1563 nəfər) ixtisasları üzrə namizədlər tutub.

Bəs MİQ müsabiqəsinin üçüncü mərhələsinə vəsiqə qazanmaq üçün builki keçid balları aşağı salına bilər?

Müəllim namizədlərin ən çox verdiyi suala cavabı təqdim edirik

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, builki keçid balları aşağı salınmayacaq.

Qeyd edək ki, keçid balı müsabiqə iştirakçılarının ümumi orta statistik göstəricilərinə görə müəyyən olunur. Son 3 ildə şəhər və rayon mərkəzlərinə, qəsəbələrə keçid balı 48+, kənd məktəblərinə isə 36+ olub.

Günel Yaşarqızı
Müəllifin digər yazıları