Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 13:51:00
Avropa universitetləri və AzTU ikili diplom müqaviləsi ilə bağlı razılığa gəldi  

Azərbaycan Texniki Universitetinin (AzTU) Almaniyanın Brandenburq Texniki Universiteti və Rumıniyanın Piteşti Universiteti ilə telekommunkiasiya, informasiya texnologiyaları sahəsində ikili diplom barədə müqavilələri gözlənilir” – Bunu TED.az-a açıqlamasında Azərbaycan Texniki Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov deyib.

 Sübhan Namazov bildirib ki, ikili diplomlar haqqında hər iki universitetlə danışıqlar aparılır: “Danışıqlar yaxın zamanlarda müqavilə formasına düşəcək. Çalışacağıq ki, növbəti tədris ilində müqavilə hazır olsun. Artıq Almaniyanın Brandenburq Universiteti ilə imzalanmış ümumi bir müqaviləmiz var. Onlar razılıq verib ki,  Azərbaycan Texniki Universitetində almanca tədrisə başlanılsın. Eyni zamanda, AzTU-nun ERASMUS layihəsi çərçivəsində də sıx əlaqələri mövcuddur. Rumıniyanın Piteşti Universitetindən bir neçə professor AzTu-da olub, müzakirələr aparmışıq. Biz, onlarla magistr proqramı çərçivəsində ikili diplomla bağlı razılıq əldə etmişik”.