Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-29 12:34:00
Rezident namizədləri çox düşündürən suala cavab: Bundan əvvəl   internatura keçmisinizsə...  

 

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edilib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə  xanım rezidentlərdir.

AzEdu.az rezident olmaq istəyənləri ən çox maraqlandıran sualları cavablandırmaqda davam edir:

Sual:

Azərbaycan Tibb Universitetinin 1998-ci il məzunuyam. Həkim-anestezioloq-reanimatoloq ixtisası üzrə internatura bitirmiş, sertifikasiya keçmişəm. Hazırda dövlət xəstəxanasında həkim-anestezioloq işləyirəm. internatura keçən biri ixtisasını dəyişmək üçün rezidenturaya imtahan verə bilər?

Cavab:

Bəli. Baza ali tibb təhsili olan hər bir şəxs rezidenturaya qəbulda iştirak edə bilər.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, Azərbaycanda baza ali tibb təhsili alanlar, yaxud ali tibb sahəsində ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil alanlar rezidenturaya qəbul olunmaq hüququna malikdirlər.

Qeyd edək ki, internatura 2009-cu ilə qədər ixtisas sahibi olmaq istəyən tibb məzunları üçün rezidenturanı əvəz edən təhsil pilləsi hesab olunurdu.

Rezidentura kimi bu müddətdə  də məzun təhsil almaqla yanaşı, işləmək hüququna da sahib olurdu.

 

                                                     

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları