Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-28 18:00:00
İxtisasını dəyişmək istəyən rezident yenidən imtahan verə bilər?

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edilib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-sı oğlan, 234-ü isə  xanım rezidentlərdir. AzEdu.az namizədləri və rezident olmaq istəyənləri ən çox maraqlandıran sualları cavablandırmaqda davam edir:

Sual:

Hazırda rezidentura təhsili alıram. İxtisasımı dəyişmək üçün yenidən rezidenturaya imtahan verə bilərəmmi?

Cavab:

AzEdu.az xəbər verir ki, qəbul qaydalarına əsasən, rezidenturada təhsil alan şəxslər yenidən rezidenturaya qəbul imtahanında iştirak edə bilməzlər. Onlar yalnız rezidentura təhsilindən imtina etdikdən sonra yenidən imtahanda iştirak edə bilərlər.

İkinci dəfə rezidenturada təhsil hüququ qazananlar isə “Təhsil haqqında qanun”a müvafiq olaraq ödənişli əsaslarla oxuya bilərlər. Bu zaman rezidenturanı bir dəfə başa vurmuşların əvvəlki rezidentura diplomu da qüvvədə qalır.

Qeyd edək ki, rezidenturaya qəbul olanların kliniki bazalarda qeydiyyatı 29 iyul – 2 avqust tarixlərində həyata keçiriləcək. Qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları