Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-28 15:05:00
Belarusda oxumaq istəyənlərin ən çox verdikləri suallar - Cavablar AzEdu.az-da 

Gənclər üçün təhsil imkanları yaradan, təhsil sistemində özünəməxsusluğu ilə fərqlənən ölkələrdən biri də Belarusdur.

AzEdu.az bu dəfə Belarusda təhsil almaq istəyənlərin ən çox verdikləri suala cavabı təqdim edir:

 -Belarus universitetlərində təhsil almaq üçün nə tələb olunur?

-Belarus  universitetlərində təhsil almaq istəyənlər ilk növbədə İngilis və ya Rus dilini   yüksək səviyyədə bilməlidirlər.

 -Belarus univeristetində təhsil almaq istəyirəm. Amma dil biliyim yetərli səviyyədə deyil. Bilmək istəyirəm ki, dil biliyi olmadan Belarus universitetlərində təhsil almaq mümkündür?

-Dil  bilgisi olmayanlar Belarus universitetlərinin birində hazırlıq keçməli olacaqlar. Belarus müəllimləri çox tələbkar olduğu üçün buradakı universitetlərdə oxumaq çətindir.

-Belarus universitetlərində hansı ixtisaslar üzrə təhsil almaq daha perspektivlidir?

-İnformasiya texnologiyaları ilə bağlı ixtisaslar üzrə  Postsovet ölkələri arasında Belarus liderdir. Həmin ixtisaslar üzrə təhsil almaq daha perspektivlidir.

-Belarus universitetlərinə yalnız attestatla qəbul olmaq mümkündür?

-Belarus universitetlərinə  attestatla qəbul mümkün deyil. Orada oxumaq istəyənlər attestatı təqdim edərək müsahibədən keçməlidirlər.

-Belarus universitetlərində ingilis və ya rus dili proqramlarında təhsil almaq üçün nə etmək lazımdır?

-İngilis  dili proqramlarında təhsil almaq istəyənlər  müsahibəni ingiliscə, Rus dilində oxumaq istəyənlər isə rusca verirlər.

-Belarus universitetləri tərəfindən verilən diplom Azərbaycanda tanınır?

-Belarus universitetlərinin diplomları bütün ölkələrdə tanınır.

-Belarus universitetlərində təhsil haqqı nə qədərdir?

 -Belarus universitetlərində təhsil haqqı isə 1000 və 5000 dollar arasındadır.

Günel Yaşarqızı
Müəllifin digər yazıları