Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-28 11:07:00
Müəllim namizədlərin apelyasiya müraciətləri sabah başa çatır

27 iyul tarixindən başlayaraq müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində iştirak edən hər bir namizəd öz şəxsi səhifəsi üzərindən imtahan təşkilatçısına apelyasiya qaydasında müraciət edə bilər.

AzEdu.az xəbər verir ki, apelyasiya müraciətinin məqsədi imtahana aid məzmun və ya texniki məsələlərlə bağlı əsaslandırıla bilən tələbləri təqdim etmək, habelə, imtahanın təşkili ilə bağlı rəy və təklifləri bildirməkdir.

Apelyasiya müraciətləri 29 iyula qədər qeydiyyata alınacaq. Müraciətlərə müvafiq ekspert komissiyaları tərəfindən baxılacaq və nəticəsi barədə məlumat namizədin şəxsi səhifəsinə 6 avqust tarixinə qədər göndəriləcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test imtahanlarında 41. 288 nəfər iştirak edib. İmtahan verənlərdən 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.