Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-30 10:51:00
Evləri bombalandığına görə ölkəsini tərk edən suriyalı tələbənin böyük uğuru- FOTO

Beynəlxalq əlaqələr nə qədər inkişaf etsə də, Yaponiya demək, heç bir suriyalı qaçqını qəbul etmir. Beş il ərzində Yaponiyaya sığınmaq üçün  69 suriyalı müraciət edib.  Amma Yaponiya  onların heç birini qəbul etməyib. Ötən ilin ilk altı ayında 8 561 müraciətdən yalnız  3-ü qəbul edilib.

25 yaşlı  tələbə Yassər Camal isə Yaponiyada yaşayış haqqı alan yeddi suriyalı qaçqından biridir. Bu yeddi nəfər arasında  onun 16 yaşlı bacısı və anası da var.   Geydiyi 25 nömrəli qırmızı forma Yassər Camala öz ölkəsini xatırladan əşyalarından biridir.

Bəlkə də bu, həm də onun nə vaxtsa peşəkar  futbolçu olacağına işarə edir. O, söhbət zamanı bəzi komandalarda həvaskar futbolçu kimi oynadığını  deyib.  Bir müddət öncə isə Yaponiyanın futbol məktəblərindən birinə qəbul edilib.

Yapon televiziyaları Suriya savaşının canlı şahidi olan, sonradan böyük uğurlar qazanan tələbə Yassər Camal ilə müsahibələr yayımlayıb.

Əksər yaponiyalıların Suriya haqda bilgisininin az olduğunu, buranı yalnız böyük çöl, səhra kimi düşündüklərini deyən Yassər, dünyada həmvətənlərinə qarşı tanımadan verilən qərarları dəyişməyə çalışır.

2013-cü ildə dövlət silahlı qüvvələri ilə müxaliflər arasında  gedən müharibə zamanı Şamda yerləşən evlərinin bombalanmasından sonra Yassər Camal Suriyanı tərk etməyə qərar verib. Dediyinə görə, əslində, onun ailəsi müharibələrə baxmayaraq vətənini tərk etmək istəmirdi. O vaxtlar Yassər ingilis dili və ədəbiyyatı üzrə təhsil alır,  bacısı isə hələ orta məktəbdə oxuyurdu. Evləri dağıdılandan sonra İsveçdə yaşayan qohumlarının yanına getmək istəyirlər. Amma viza problemi ortaya çıxanda fikirlərini dəyişib Yaponiyaya getməyi qərara alırlar. Doğma evlərini tərk edib Yaponiyada kiçik otaq kirayələyirlər. Yassər bu dönəmi “özünün ən pis vaxtları” adlandırır. Viza problemi səbəbindən atası Suriyada qalmalı olmuşdu. Buna görə ailənin bütün yükünü gənc Yassər çəkirdi. Yaponiyaya qaçqınlıq səbəbindən müraciət edənlərə 6 ay işləmə icazəsi verilmir. Bu səbəbdən Yassər də qeydiyyata düşmədən tikintidə işləmək məcburiyyətində qalır. O, bu vaxtlar  yapon işçilərlə müqayisədə üç dəfə az pul qazanırdı. Hətta güvənli iş geyimi olmadan işlədiyini, ayağına batan mismar üzündən xəstəliyə yoluxduğunu da vurğulayır. Ayağına qədər yayılan tetanus  bacısının müllimlərinin topladığı pulla müalicə edilib.  Sonralar bir ilə yaxın Tokiodakı restoranda gecə növbəsində işləməyə başlayıb. İllər ssonra atasının da Yaponiyaya gəlməsinə icazə ala bilib. Bunlar Yassər üçün yeni həyat qurma yolunda motivasiya olub.

 Bütün çətinliklərə baxmayaraq,  təhsil almağı da qarşısına məqsəd qoyan  Yassər Camal Birləşmiş Millətlər Qaçqınlar Komissarlığının təqaüdünü qazanaraq Meiji Universitetinə qəbul olub. Bu günə qədər yaponca bilgisi kiçik altyazılı animasiya filmərindən ibarət olan tələbə, indi Qlobal Yapon Araşdırmaları sahəsində təhsil alır. O, ən çox ölkəsindəki insani münasibətləri üçün darıxdığını bildirib: “Burada insanlar arasındakı ünsiyyət çox soyuq və rəsmidir. Yaponiyada müəyyən qaydalar var. O qaydalara riayət edən məqsədinə nail ola bilir”.

Amma bu qanunların həm dəYaponiyadakı qaçqınların yolunu kəsdiyini bildirib. Müharibə zonasından təhsil almaq üçün gəlmək qaçqın kimi yaşama müraciəti üçün yetərli hesab olunmur. Müraciət edən qaçqın hələ çox şeyi sübut etməli olur. Qaçqınlıq üçün müraciət edənlər üç kateqoriyada dəyərləndirilir. Bəzi ölkələrdən gələn şəxslərə tezliklə işləmək üçün icazə verilir. Qaçqın olduğu təsdiqlənməyən şıəxslərin isə müraciəti ləğv edilir. Bununla mühacirlikdən istifadə hallarının qarşısı alınır.

Hazırda gənc tələbə Yaponiya vətəndaşı olmaq  istəyir. Əgər fudbolçu olmaq xəyalını gerçəkləşdirə bilməsə, ərəbcə-ingiliscə tərcümə bürosu yaratmaq  planı var. Ölkəsinə geri dönməyin xəyalını yaşasa da, bunun mümkünsüz olduğunu bildirir: “Geri qayıtsaq, bizi öldürəcəklər. Müharibə gedən bir ölkəyə qayıdıb hər şeyi yenidən başlamq  üçün gücüm qalmayıb”.  Çətin həyat yaşamış Suriyalı tələbə hazırda təhsilini davam etdirmək haqında düşünür. Təhsil almaq istədiyi növbəti ölkə isə Almaniya və Avstriyadır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları