Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 13:11:21
Bəzi 150 ballıq ixtisaslar üzrə “pulsuz”da da oxumaq mümkündür - DİM rəsmisindən tövsiyələr  

 “Əgər 150 bal toplamısınızsa, bu o demək deyil ki, 150 ballıq ixtisaslara 100% qəbul oluna bilərsiniz. 150 bal minimal müsabiqə şərtidir”.

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib. Onun sözlərinə görə, abituriyentlər 150 ballıq ixtisaslarla bağlı bir qədər yanlış məlumatlıdırlar:

“Abituriyentlər düşünür ki, imtahanda 160 bal toplayıb, 150 ballıq ixtisasları seçsəm, ali məktəbə daxil ola biləcəyəm. Lakin 150 bal minimal müsabiqə şərtidir. Bu ixtisaslar üzrə keçid balı abituriyentlərin seçiminə görə dəyişə bilər.

İstənilən halda həmin ixtisasları seçmək lazımdır. Bu siyahıda perspektivli ixtisasların sayı çoxdur. Məsələn, “Şərabçılıq” ixtisası üzrə gələcəkdə iş tapa bilmək imkanlarınız həddən artıq yüksək ola bilər. Naxçıvanda yerləşən Aqrar Universitetdə bəzi 150 ballıq ixtisaslar üzrə dövlət sifarişi ilə təhsil almaq mümkündür. Bunlar kifayət qədər gələcəkdə prespektiv vəd edən ixtisaslardır. Bizim ölkəmizdə bu sahələr üzrə mütəxəssislərə ehtiyac var. Lakin müsabiqə şərtlərinin 150 bal formalaşmasında əsas səbəb abituriyentlərin bu ixtisaslara meyil göstərməməsidir. Ona görə burada müsabiqə vəziyyəti yaranmır”.

Xanlar Xanlarzadə III qrupda yer alan “Sosial iş”ixtisası üzrə mütəxəssislərə ehtiyacın böyük olduğunu açıqlayıb:

“Əvvəllər 150 ballıq ixtisaslarda təhsil almaq üçün yalnız müəyyən ali təhsil müəssisələrini seçmək mümkün idi. Bu ildən isə müsabiqə vəziyyətinə uyğun olaraq abituriyentə dövlət ali təhsil müəssisələrində də 150 ballıq ixtisasları seçmək hüququ verilib. Həmin ixtisaslar hansı ali təhsil müəssisəsində varsa, abituriyent ərizəsində həmin universitetləri qeyd edə bilər”.

Xatırladaq ki, canlı yayımı izləyə bilməyənlər qeyd olunan linkə daxil ola bilərlər:

https://www.facebook.com/azedu.az/videos/350509178954045/

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları