Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-26 09:00:00
II və III ixtisas qrupları üzrə statistik məlumatlar, keçid balları bu gün çap oluna bilər-RƏSMİ

“Güman edirik ki, II və III ixtisas qrupları üzrə statistik məlumatlar günün II yarısından etibarən çap olunacaq”.

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı təşkil etdiyi canlı yayımda Dövlət İmtahan Mərkəzinin sektor müdiri Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, ixtisas seçimi avqustun 6-dək davam edəcək və abituriyentlər bu müddət ərzində ərizələrinə daxil olub seçim edə bilərlər:

“Abituriyentlərə məsləhət görürük ki, II və III ixtisas qrupları üzrə statistik məlumatlar dərc olunandan sonra həmin göstəricilərlə tanış olub, plan yerlərinə və bal intervallarına xüsusi fikir versinlər.

Güman edirik ki, statistik məlumatlar günün ikinci yarısından etibarən çap olunacaq”.

Xatırladaq ki, canlı yayımı izləyə bilməyənlər qeyd olunan linkə daxil ola bilərlər:

https://www.facebook.com/azedu.az/videos/350509178954045/

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları