Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-25 12:31:29
MİQ cavabları “Şəxsi kabinet”lərə bu tarixdə göndəriləcək - Ləğv edilən nəticələr

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin cavabları 26 iyul tarixində namizədlərin şəxsi səhifəsinə göndəriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilib ki, sabah hər bir namizədin şəxsi səhifəsinə onun hər bir suala verdiyi düz və səhv cavabları əks etdirən cədvəl və texniki qüsuru olan suallara görə əlavə edilmiş bal nəzərə alınmaqla yekun nəticə göndəriləcək.

Məlumata əsasən, ümumilikdə imtahanlar ərzində 33 nəfərin imtahan nəticəsi ləğv olunub. həmin şəxslər başqasına məxsus şəxsiyyət vəsiqəsi ilə gələn, imtahan zamanı danışan, imtahan zalına texniki avadanlıqlarla gələrək qayda pozuntusuna yol verənlərdirlər.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi 8-24 iyul tarixlərini əhatə edib. Test mərhələsində 48 204 nəfər iştirak edib. İmtahan verənlərdən 3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.