Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-24 16:06:00
Rezidenturaya qəbul olunanlar üçün ixtisaslara görə dəyişən qeydiyyat tarixləri-TƏQVİM

 

2019-2020-ci tədris ili üçün rezidenturaya qəbulun nəticələrini artıq elan edib.

Müsabiqədə iştirak edən 352 namizəddən 350 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 116-ı oğlan, 234-ü isə qızlardır.

Rezidenturaya qəbul olanlar 29 iyul – 2 avqust tarixlərində sənədlərini müvafiq qurumlara təhvil verərək  qeydiyyatdan keçməlidirlər.

Azərbaycan Tibb Universiteti və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rezidenturasına qəbul olunanlar müvafiq sənədlərini Səhiyyə Nazirliyinə təqdim etməlidirlər. Bu zaman onlar nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı, qeydiyyatdan keçməlidirlər.

Amma qeydiyyat tarixləri ixtisaslara görə, fərqlidir. AzEdu. az ATU və ADHTİ-nin müvafiq ixtisaslarına qəbul olunanlar üçün qeydiyyat tarixlərini təqdim edir:

Pediatriya, Uşaq  cərrahiyyəsi , Otorinolarinqologiya  ixtisaslarına qəbul olunanlar 29 iyul 09.30-13:00 tarixlərində qeydiyyatdan keçməlidirlər. Həmin gün 14:00-16:30 saatları isə Mamalıq-ginekologiya, Ürək-damar cərrahiyyəsi, Neyrocərrahiyyə, Allerqologiya, Üz-çənə cərrahiyyəsi ixtisasları üçün nəzərdə tutulub.

30 iyul 09.30-dan 13:00-dək Travmatologiya-ortopediya, Anesteziologiya-reanimatologiya  2, Onkologiya, Dermatovenerologiya, Urologiya ixtisaslarına; 14.00-dan 16:30-dək isə Nevrologiya, Ümumi cərrahiyyə, Nefrologiya ixtisaslarına qəbul olunanların qeydiyyatı baş tutacaq

31  iyul, 09.30-13:00 tarixlərində Fizioterapiya və tibbi bərpa, Yoluxucu  xəstəliklər, Psixiatriya ixtisaslarına, həmin gün 14.00-16:30 saatlarında isə Kardiologiya, Narkologiya, Endokrinologiya, Sosial  gigiyena və səhiyyənin təşkili ixtisaslarına qəbul olunanlar qeydiyyatdan keçə bilərlər.

1 avqust 09.30-13:00 saatları Şüa diaqnostikası, Terapiya, 14.00-16:30 radələri isə Stomatologiya, Mikrobiologiya ixtisasları üçün nəzərdə tutulub.

2  avgust 09.30-dan 13:00-dək Laboratoriya işi, Oftalmologiya,Plastik cərrahiyyə, Hematologiya, Revmatologiya ixtisaslarına qəbul olunanlar qeydiyyatdan keçməlidirlər. Həmin gün 14.00-16:30 aralığı isə Epidemiologiya, Gigiyena, Ftiziatriya, Qastroenterologiya, Patoloji anatomiya, Məhkəmə-tibbi ekspertiza ixtisaslarını seçənlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, rezidenturaya qəbul olunanların göstərilən müddətdə qeydiyyatdan keçməməsi onların təhsildən imtina etməsi kimi qiymətləndiriləcək.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları