Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 17:18:29
Qəbul imtahanlarında bu qədər abituriyentin nəticəsi ləğv olunub 

Bu il keçirilən yaz və yay qəbul imtahanlarında ümumilikdə 44 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeyd olunub ki, yaz qəbul imtahanlarında iştirak edən 23, yay qəbul imtahanlarında iştirak edənlərdən isə 21 nəfərin nəticəsi ləğv edilib.