![](https://azedu.az/uploads/news/2019/07/azedu.az_unec_poster_190419_813.jpg)
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradovun, UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənlinin və UNEC Biznes Məktəbinin direktoru, dosent Nazim Hacıyevin “Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma” kitabı dünyanın tanınmış nəşriyyat evi və elmi nəşrlərin sosial-iqtisad və təbiət elmləri (SENSE) sahəsində resenziyalı yüksək kateqoriyalı “Springer” nəşriyyatı tərəfindən çap olunub.
AzEdu.az xəbər verir ki, kitabda qlobal iqtisadiyyatda baş verən yeni tendensiyalar və çağırışlar fonunda mühüm strateji əhəmiyyət daşıyan xam neftin dünya bazarlarında qiymətinə təsir edən amillər yer alıb.
Həmçinin 2020-ci ilə qədər neftin dünya bazar qiyməti və ilk dəfə Azərbaycan neftinin dünya bazar qiymətinin orta və uzunmüddətli dövr üçün elmi və praktik baxımdan əsaslandırılmış proqnozuna imkan verən ekonometrik (ARIMA, Trend və Hibrit) modellər verilib.
Qeyd edək ki, kitabın elmi redaktoru Harvard Biznes Məktəbinin professoru Ravi Abdelal və Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri, akademik Ziyad Səmədzadə, elmi rəyçiləri isə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovdur.
Həmin videonu təqdim edirik:
Şükufə Süleymanlı
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)