Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 13:10:00
Deputat MİQ müsabiqəsində ən yüksək bal toplayan müəllimə zəng etdi  

İyulun 22-də riyaziyyat, texnologiya və kimya üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib.

Xatırladaq ki, iyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb. İmtahanda iştirak edən Aidə Sadıqova 60 bal toplayaraq namizədlər arasında maksimum nəticə göstərib.

“MİQ müsabiqəsində maksimum nəticə göstərən müəllim namizədinə zəng vuraraq təbrik etdim”

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə deyib:

“Dünən kimya fənni üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi  keçirilib.

2019-cu ildə keçirilən müəllimlərin işə qəbulunun test mərhələsində ilk dəfə olaraq namizədlərin biri maksimum nəticə -60 bal- toplayıb.

 Bu yüksək nəticəni Bakı sakini Aidə Sadıqova göstərib.  Bu gün ona zəng vuraraq, təbrik etdim, daha böyük uğurlar arzuladım.  Aidə Sadıqovanın nəticəsini xalqımızın fəxarəti adlandırdım”.

Qeyd edək ki,  iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb.

Günel Yaşarqızı
Müəllifin digər yazıları