Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-29 15:45:46
Gürcüstanda azərbaycanlı məktəb direktoru niyə yoxdu? – İctimai fəaldan cavab

“Digər millətlərin nümayəndələri yaşamadığı kəndlərin belə azərbaycandilli məktəblərində direktor gürcü millətinin nümayəndəsindən təyin olunub”.

Bu sözləri sosial şəbəkə hesabında  Borçalı Cəmiyyətinin üzvlərindən olan Kamran Ramazanlı yazıb. O, Gürcüstanda yaşayan soydaşlarımızın Dövlət İdarələrində təmsilçiliklə bağlı ümumi fikirlərini qeyd edib. K.Ramazanlının sözlərinə görə, bu gün Kvemo Kartlı quberniyasında rəhbərlikdə təkcə müavin vəzifəsində soydaşımız çalışır:

“Məlumdur ki, indiki Kvemo Kartlı (Borçalı mahalı) quberniyasına Marneuli-Qardabani-Bolnisi-Dmanisi-Tetrickaro-Zalqa rayonları ve Rustavi şəhəri daxildir. Dəqiq statistik məlumat açıqlanmasa da, hər-halda əhalinin yarısından coxunun azərbaycanlılar olduğunu bilirik.

Rayonlarda əsas qurum isə bələdiyyələrdir. Təəssüflər olsun ki, bu gün soydaşlarımızın kompakt şəkildə yaşadığı 4 rayonda bir nəfər belə azərbaycanlı sədr vəzifəsində çalışmır. Bələdiyyə üzvlərinin təmsilçiliyi də əhalinin çoxluğu ilə tərs mütənasibdir.

Xatırladım ki, Gürcüstanda seçkilər həm proporsianal, həm də majoritar qaydada kecirilir.

Marneuli rayonu üzrə 35 bələdiyyə üzvündən 15-i azərbaycanlıdır.
Qardabani rayonu üzrə 36 bələdiyyə üzvündən 15-i azərbaycanlıdır.
Bolnisi rayonu üzrə 28 bələdiyyə üzvündən 12-si azərbaycanlıdır.
Dmanisi rayonu üzrə 26 bələdiyyə üzvündən 11-i azərbaycanlıdır”.

K.Ramazanlı eyni zamanda, Gürcüstanda fəaliyyət göstərən Yaşıl Qafqaz Qeyri-hökumət Təşkilatının apardığı sorğunun nəticələrini də qeyd edib:

“Sorğuya əsasən, yuxarıda adları çəkilən rayonlar üzrə bələdiyyələrdə çalışan milli azlıqların faiz göstəriciləri aşağıdakı kimidir:

-Marneuli -37.39% 
-Bolnisi- 12.64% 
-Qardabani-11.63% 
-Dmanisi-26.53%

Rayonlar üzrə yalnız Marneulidə polis rəisi azərbaycanlıdır. Prokurorluq və məhkəmə orqanlarının rəhbər vəzifələrində soydaşlarımızın təmsilçiliyi yoxdur. Azərbaycandilli məktəblərin bəzilərində digər millətlərin nümayəndələri yaşamadığı kəndlərdə belə direktor gürcü millətinin nümayəndəsindən təyin olunub. Gürcüstan parlamentində cəmi 4 nəfər soydaşımız təmsil olunur (onlardan 2 nəfəri proposianal, 2-si isə majoritar qaydada seçilib).

Bütün bunlarla yanaşı, hər zaman separatçılıqla məşğul olan ermenlerin kompakt yaşadığı Cavaxetiya bölgəsində bütün sahələr üzrə rəhbər strukturlarda ermənilər çalışır.

Qeyd edək ki, Gürcüstanda sayca 2-ci yerdə qərarlaşan soydaşlarımızdır”.