Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 10:41:22
İxtisas seçiminin vaxtı uzadıldı – Son tarix  

Rezidenturaya qəbul olunmaq istəyənlərin ixtisas seçimi artıq başa çatıb. Seçimlər üçün son tarix 22 iyun 23:59  göstərilsə də, vaxt uzadılıb.

Seçimlər 23 iyun 09:00-da başa çatıb.

Ümumilikdə rezident olmaq istəyən 352 namizəd ixtisas seçimi ərizəsini təsdiq edib. Onlardan 307-i Azərbaycan 45-i isə Rus bölməsi üzrə imtahan verib.

Müsabiqə nəticələri məlum olduqdan sonra rezidentlərin qəbul olunduqları kliniki bazada qeydiyyatı başlayacaq. Qeydiyyat prosesləri yekunlaşdıqdan sonra boş qalan plan yerlərinə qəbul elan ediləcək.

Qeyd edək ki, dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra (hərbi tibb fakultəsini bitirənlər istisna olmaqla) əmək fəaliyyətlərini 3 il Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları