Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-23 09:45:00
Daha 6 namizəd MİQ müsabiqəsinin test imtahan mərhələsindən kənarlaşdırıldı  

İyulun 22-də riyaziyyat, texnologiya və kimya üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib.

AzEdu.az xəbər verir ki, test imtahanlarında 2700 namizəd iştirak edib. 6 nəfər köçürmə halına yer verərək imtahan qaydalarını kobud surətdə pozduğu üçün nəticələri ləğv edilərək müsabiqədən kənarlaşdırılıb.

Qeyd edək ki, iyulun 22-də kimya fənni üzrə keçirilən müəllimlərin işə qəbulu imtahanlarında ən yüksək nəticə qeydə alınıb. İmtahanda iştirak edən Aidə Sadıqova 60 bal toplayaraq namizədlər arasında maksimum nəticə göstərib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları