Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-22 17:31:11
MİQ-də yüksək bal toplayan ən gənc xanım: “Hələ 40 dəqiqə də artıq vaxtım qaldı”  

“Suallara 3 dəfə baxdıqdan sonra belə 40 dəqiqə vaxtım qalmışdı”­

Bu sözləri AzEdu.az-a açıqlamasında ibtidai sinif üzrə müəllimlərin işə qəbulu imtahanında ən yüksək nəticə  göstərən iştirakçılardan  Sara Xəlilova deyib:

“Orta məktəbi Qaradağ rayonu, Ələt qəsəbəsi 127 nömrəli məktəbdə oxumuşam. 2015-ci ildə IX sinfi bitirib, təhsilimi pedaqoji kollecdə davam etdirdim.  2019-cu ildə məzun olduqdan sonra ilk dəfə  MİQ-də iştirak etmək qərarına gəldim.

İmtahan çox asan keçdi. Suallara 3 dəfə baxdıqdan sonra belə 40 dəqiqə vaxtım qalmışdı. Kurikulumla məntiq çətin olsa da öhdəsindən gələ bildim. 58 bal topladım. 2 balı da kurikulumla bağlı sualda itirdiyimi düşünürəm.  Elə imtahanda da iki kurikulum sualı qaranlıq qalmışdı”.

Yaşıdları hələ III kursa keçdiyi halda Sara xanım artıq, MİQ-də ən yüksək nəticəni göstərib.  Açıqlaması zamanı o, hazırlıq prossesindən də danışdı:

 “MİQ üçün çox çalışdım. 5 ay Hədəf kurslarında hazırlıq keçdim. Kursda öyrəndiklərimin demək olar ki, hamısı imtahana düşmüşdü. Hazırlığımın nəticəmə təsiri çox oldu, buna görə müəllimlərimə təşəkkür edirəm.

İlk dəfə iştirak etsəm də MİQ müsabiqəsini yüksək qiymətləndirirəm. Müəllimlərin bu formada işə qəbulu çox sevindiricidir. Müsabiqədə həqiqətən, müəllimliyə  yaraşan şəxslər uğur qazana bilərlər”.